ABŞ-ın gələcək hərbi strategiyası Ukraynada formalaşır - The Atlantic

ABŞ-ın Ukraynaya hərbi yardımı Əfqanıstana uzunmüddətli hərbi müdaxiləsindən daha təsirli olub...

PİA.az xəbər verir ki, bu The Atlantic-də dərc olunan məqalədə bildirilir.

The Atlantic yazır ki, ABŞ-ın Ukraynaya hərbi yardımı Əfqanıstana uzunmüddətli hərbi müdaxiləsindən daha təsirli olub. Amerika və onun müttəfiqləri Ukraynanı silah, sursat və müasir kəşfiyyat məlumatlarını təmin etməklə Kiyevə uğurlu hərbi əməliyyatlar keçirməyə imkan verib.

“Amerikanın Ukrayna və Əfqanıstandakı rolları arasındakı fərqlər gələcək hərbi strategiya üçün üçün yeni bir qayda yaradır. Birləşmiş Ştatlar xaricdə mümkün qədər birbaşa hərbi əməliyyatlardan qaçmalı və yalnız onun maraqlarına xidmət edən xalqlara silah, sursat və müasir kəşfiyyat məlumatlarını verərək müharibələrə müdaxilə etməlidir!, deyə nəşr yazır.

pia.az