DÇ-2022: Kosta Rika Yaponiya oyunda hesabı açıb - Yenilənir

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Kosta Rika millisi 81-ci dəqiqədə Keyşer Fullerin qolu ilə hesabda önə keçib.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ikinci hissə başlayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək Yaponiya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda

Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell

Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürəcək.

pia.az