Gömrükdən yüz milyonlarla dəyəri olan mallar rüsumsuz keçirilib

Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub. 

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz  milyonlarla hesablanan məhsulların  rüsuma cəlb olunmadan keçirilməsi olub.

Təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

Mənbəmizin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarlardan 3000 manat rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi”, deyən mənbəmiz əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.

pia.az