DÇ-2022: İngiltərə - ABŞ oyununda 2-ci hissə başlayıb - Yenilənir

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda 2-ci hissə başlayıb...

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyunu başlayıb

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: Cordan Pikford (k), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az