Cinayətkar məhkəmə zalında yuyucu maye içdi

ABŞ-da məhkəmənin hökmü ilə günahkar olduğuna qərar verilən cinayətkar məhkəmə zalında yuyucu maye içib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Mayami şəhərində Florida Cermeyn Bell adlı şəxs silahlı soyğunçuluğa görə məhkəmə qarşısına çıxarılıb.

38 yaşlı Bell texnologiya şirkətinin işçilərini silahla girov götürdüyünə görə 3 il həbs cəzası çəkib.

3 il sonra məhkəmə qarşısına çıxarılan Bellin münsiflər heyətinin də rəyi ilə günahkar olduğuna qərar verilib. Lakin hökm oxunduqdan az sonra Bellin plastik fincandan yuyucu maye içdiyi görülüb.

Nə baş verdiyini görən bir gözətçi zibil qutusu ilə onun yanına qaçıb, onu tüpürməyə məcbur etməyə çalışıb. Lakin Bell oturana qədər hamısını içməyə davam edib.

Bell daha sonra Mayamidəki məhkəmə zalından çıxarılıb və müalicə üçün xəstəxanaya aparılıb.

Onun vəziyyətinin stabil olduğu bildirilsə də, məlumatlara görə, onun məhkəmə zalına yuyucu maddəni necə daxil edə bildiyi sirr olaraq qalır.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

pia.az