Biləsuvarda evdə yıxılan qadın öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Zərxara Quliyeva yaşadığı evdə yıxılıb və sınıq xəsarətləri alıb.

Qadına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

İlkin məlumata görə, qadın infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

pia.az