Forbes: Rusiya illik büdcəsinin dörddə birini Ukrayna müharibəsinə xərcləyib

Forbes hesab edir ki, Rusiya indiyədək müharibəyə təxminən 82 milyard dollar xərcləyib. Bu isə Rusiyanın illik büdcəsinin dörddə biri deməkdir…

PİA.az xəbər verir ki, məşhur maliyyə jurnalı bu məbləğin 14 milyarddan çoxu Ukraynaya raket hücumlarına sərf olunduğunu yazıb. Təxmini hesablamalara görə, doqquz ay ərzində Ukrayna ərazilərinə 4000-dən çox raket atılıb və bu raketlərin hər birinin orta dəyəri təxminən 3 milyon dollar təşkil edir.

Təxminən 6,6 milyard dollar artilleriya təminatına, 15,6 milyard dollar isə hərbçilərə maaşların ödənilməsinə sərf olunub. Həmçinin Rusiya müharibədə 20,8 milyard dollar dəyərində hərbi texnika itirib.

Qərb hərbi ekspertləri hesab edirlər ki, Rusiyanın raket ehtiyatı xeyli azalıb və tükənmək üzrədir. Lakin güman edilir ki, Rusiyanın arsenalında hələ də Ukraynara 3-4 dəfə kütləvi hücum etmək üçün raket var.

pia.az