Van Qoqun tablosuna ziyan vuran fəallar həbs edildi

Məşhur tablonun çərçivəsinə isə daimi ziyan dəyib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabr ayında Londondakı muzeydə Vinsent Van Qoqa məxsus rəsm əsərinin çərçivəsini zədələyən iki ətraf mühit fəalı həbs edilib. Çərşənbə axşamı elan edilən hökmlə 24 yaşlı Emili Broklbank və 22 yaşlı Luis Mahkehne 21 günlük həbs cəzasına məhkum edilib.

TRT Haber-in xəbərinə görə, bölgə hakimi Nita Minhas bildirir ki ki, Broklbank və Mahkehne Van Qoqun “Çiçəklənən Şaftalı” əsərinin 18-ci əsrə aid çərçivəsinə özlərini yapışdırıblar və nəticədə, çərçivə daimi olaraq zədələnib.

Prokuror Franseska Kokiani məhkəmədə deyib:

“Geridə böyük miqdarda yapışqan qalıb və çərçivənin zərli səthinə sızıb. Həmçinin, çərçivənin bəzi hissələri düşüb”.

Çərçivəyə 2426 dollar dəyərində ziyan vurduğuna görə Broklbank 21 gün cəzalandırılıb. Lakin bu cəza 6 ay müddətinə dayandırılıb və 6 həftə ərzində küçəyə çıxması qadağan edilib.

pia.az