Məşhur aktrisanın 40 gün sonra boşanmasının səbəbi üzə çıxdı

40 günlük evlilikdən sonra boşanan məşhur türk aktrisa Merve Boluğur ilə DJ Mert Aydının ayrılma səbəbi məlum olub...

PİA.az xəbər verir ki, uzun müddətdir heç bir layihədə yer almayan və yaxın zamanda ailə həyatı quran Merve Boluğur Mert Aydınla evliliyinə son qoyub. Merve Boluğur və Mert Aydın ötən gün məhkəmədə tək iclasda boşanıblar.

Acemi Cadı, Küçük Sırlar, Kuzey Güney və Muhteşem Yüzyıl kimi layihələrdə baş rolu canlandıran məşhur türk aktrisa Merve Boluğur bir müddətdir ki, heç bir serial və film layihəsində yer almayıb.

Müğənnilik karyerası qurmaq istəyən Merve Boluğur DJ Mert Aydınla tanış olub. Mert Aydınla nikah masasına oturan Boluğur gəlinliyi və toyu ilə ictimaiyyətdə maraq doğurub.

Məşhur cütlüyün ayrılığı isə Merve Boluğur toyun ertəsi günündən etibarən “Məni heç kim idarə edə bilməz. Sıxıntıya dözə bilmərəm” deməsi ilə başlayıb. Mert Aydın toydan sonra xəstələnərək əməliyyat edilmişdi. Ancaq istirahət müddətində Mervedən gözlədiyi köməyi ala bilməyib.

Mert Aydının tikişləri belə açılmamış Merve “darıxdım, tətilə gedək” deyib. Onlar sıxıntı içində bal ayı keçiriblər.

Merve Boluğurla eşq yaşayaraq evləndiyini deyən Mert Aydın isə ayrılmağı ilk təklif edən tərəf olub.

pia.az