AMB sədri: "Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq"

Yanvar ayından beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq...

PİA.az xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və istiqaməti iki hissəli olacaq. "Birinci hissə AMB-nin tranformasiyası, ikinci hissə maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq. Biz regulyator olaraq istəyirik ki, informasiya texnologiyalarının tətbiqi bazarda daha da inkişaf etsin"- deyə T. Kazımov əlavə edib.

pia.az