G7 ölkələrinin Rusiya neftinə təyin etdiyi taban Moskva üçün təsirsiz ötüşəcək

Rusiya neftinin qiymətinə “taban” qoyulmasının yaxın müddətdə Moskvaya ciddi iqtisadi təsirləri olmayacaq…

PİA.az xəbər verir bu barədə Reuters Agentliyinin yaydığı xəbərdə bildirilir.

Qeyd edək ki, “Böyük yeddi”lərin verdiyi qərara əsasən dekabrın beşindən Rusiya nefti 65-70 dollar səviyyəsində satılmalıdır və bu “taban” Rusiya iqtisadiyyatına elə də təsir etməyəcək. Çünki Rusiya nefti elə həmin səviyyənin civarlarında satılır.

Reuters bildirir ki, “Böyük yeddi”lik ölkələri, eləcə də bütün Aİ-yə üzv ölkələr və Avstraliya dekabrın 5-də dəniz yolu ilə daşınan Rusiya nefti üçün qiymət “tavanı” təyin etməyi planlaşdırır. Agentlik mənbələrinin məlumatına görə, hazırda bazarda “Brent” markalı neftin qiymətinin 85 dollar/barel olduğu üçün Hindistan Rusiya neftini Qərbin təklif etdiyi qiymət tavanına uyğun endirimlə alır. Bu isə nəqliyyat və sığorta sahəsində xidmət göstərən Qərb şirkətlərinə sanksiyalara məruz qalmadan Rusiya nefti ilə bağlı əməliyyat aparmaq imkanı verir.

pia.az