Bakıda qanunda olmayan yol nişanını kim "icad edib"? - Video

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsinə paralel yeni yol çəkilib...

Bu barədə vətəndaşlardan biri sosial şəbəkələrdə video paylaşıb. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən alternativ yol təqdir olunur. Lakin yolun Cavanşir küçəsinə çıxışında yerdə üç istiqamətə işarələnmiş "nişan" çəkilib.

Qeyd edək ki, bu cür nişanlanma qanunvericilikdə nəzərdə tutulmayıb.

Avtosfer.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Anar Nəcəfli ilə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, sözügedən məsələ araşdırlacaq və əgər hər hansı qanun pozuntusu varsa aradan qaldırılacaq.

Xatırladaq ki, bir müddət əvvəl buna oxşar hadisə Binəqədi rayonu ərazisində qeydə alınmışdı.

pia.az