Çindəki nəhəng Foxconn iPhone zavodunda yeni iğtişaşlar baş verib - Video

İphone şirkətinin Çinin Zengzhou şəhrindəki nəhəng Foxconn zavodu kütləvi iqtişaşlarla sarsılıb...

PİA.az Reuters-ə istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərə görə, itişaşlarda Foxconn zavodunun yüzlərlə əməkdaş iştirak edib. İğtişaşçılar müşahidə kameralarını və pəncərələri sındırıblar.

Nümayişçilərin bir çoxunun canlı yayımda dediyinə görə, çərşənbə günü səhər saatlarında başlayan etirazlara səbəb bonus ödənişlərini təxirə salınmasıdır.

Bir videodakı görüntülərdə işçilər “Bizə maaşımızı verin!” ,deyə qışqırırlar. İşqtişaşçılara qarşı gözyaşardıcı qazdan ictifadə olunub. “Foxconn” isə iddiaları təkzib edib.

pia.az