Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

PİA.AZ-ın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gələcək.

Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurmuşdu. Dünya çempionatı noyabrın 25-də başa çatacaq. (report)

pia.az