İranda təhlükəsizlik qüvvələri xalqa qarşı kimyəvi silahdan istifadə edir...

İranda polis etirazçılara qarşı sinir sistemini zədələyən partlayıcı qaz kapsullarından istifadə edir...

PİA.az xəbər verir ki, İranda etirazçılara qarşı mərkəzi sinir sisteminin fəaliyyətini müvəqqəti pozan heksaxloroetan qazından istifadə olunur.

Kapsullar yandırıldıqdan sonra, xlorun sink metalı ilə birləşərək solğun yaşıl qaz olan xlorid əmələ gətirir.

Xlor və sink ionu ilə zəhərlənmənin ən bariz ilkin təsirləri qusma, dərinin qıcıqlanması və öskürəkdir, lakin uzun müddətdə qaraciyər xərçənginə, dəri allergiyasına və böyrək çatışmazlığına səbəb ola bilər.

pia.az