Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən üç bıçaq zərbəsi alıb

Bakının Sabunçu rayonunda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən bıçaqlanıb.

“Report”un məlumatına görə, Balaxanı qəsəbəsində ailə münaqişəsi zəminində 36 yaşlı Hüseynova Xəyalə Vilayət qızı qardaşı oğlu tərəfindən üç bıçaq zərbəsi alıb.

Yaralı qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

pia.az