Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankında 5 mlrd. dollarlıq hesab açır

Səudiyyə Ərəbistanının Türkiyənin Mərkəzi Bankında 5 milyard dollarlıq depozit hesabı açması üçün aparılan danışıqlar yekun mərhələyə çatıb...

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli mediaya Xəzinə və Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu məlumatı Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin sözçüsü “Reuters“ə açıqlamasında təsdiqləyib.

pia.az