“Çinli Rapunzel”in saçları görənləri heyrətə gətirdi - Video

Çində saç uzunluğu 2,7 metr olan qadın sosial şəbəkələrdə təəccüblə qarşılanıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin cənubundakı Quanqsi Çjuanq Muxtar Bölgəsində yaşayan və etnik icmanın üzvü olan bir qadın 2 metr 7 santimetr uzunluğundakı saçları ilə görənləri heyrətə gətirib.

Uzun və sağlam görünən saçları ilə diqqət çəkən qadın saçlarına necə qulluq etdiyindən bəhs edərkən mayalanmış düyü suyu şampunundan istifadə etdiyini deyib. Həmin qadının da mənsub olduğu etnik qrupda digər qadınların da orta saç uzunluğunun 1 metr 40 santimetr olduğu bilinir.

Qeyd edək ki, 8 may 2004-cü ildə Çində yaşayan və saçları 5 metr 627 santimetr olan Çi Qiupingə “dünyanın ən uzun saçlı qadını” adı verilmişdi.

pia.az