Ağ Ev ənənəsi baş tutdu: Bayden 2 hinduşkanı bağışladı

ABŞ prezidenti Co Bayden Ağ Evin ənənəsini həyata keçirərək Şükranlıq Günü öncəsi iki hinduşkanı əfv edib...

PİA.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden Şükranlıq Günü öncəsi keçirilən ənənəvi mərasimdə “Şokolad” və “Çips” adlı iki hinduşkanı əfv edib.

Ağ Evdə təşkil edilən mərasimdə hinduşkaları əfv edən Co Bayden çıxışında ara seçkilərə də toxunub.

Respublikaçılar Partiyasının aralıq seçkilərdə gözlədiyi “qırmızı dalğa” nəticəsini ala bilməməsinə toxunan Bayden deyib:

“Bu Şükranlıq Günü masasında yeganə qırmızı dalğa Komandirin (Baydenin iti) qaragilə sousu olacaq”.

ABŞ prezidentlərinin Şükranlıq Günündən əvvəl hinduşkaları bağışlamaq ənənəsinin Abraham Linkolnun dövründən gəldiyi deyilir. İddialara görə, Linkolnun kiçik oğlu atasından Şükranlıq Günündə evdə baxmaq üçün hinduşka gizlətməyi xahiş etməsi ilə bu ənənə başlayıb.

İlk sənədləşdirilmiş hinduşka əvfinin 1963-cü ildə Con Kennedi tərəfindən edildiyi məlum olsa da, bu tədbir 1989-cu ildə prezident Corc H. V. Buşun dövründə başlayıb.

ABŞ-da hər il noyabr ayının son cümə axşamı günü Şükranlıq Günü qeyd olunur.

pia.az