Gəncədə məktəbli qəfil vəfat edib

Gəncə şəhərində məktəbli qəfil vəfat edib...

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib.

Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.

pia.az