Şəmkirdə 33 yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub...

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 33 yaşlı P.İsayev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

O, Gəncədə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

pia.az