Gəlini qaçan bəyin qardaşı danışdı- Video

Kütləvi informasiya vasitələrində toydan qaçan gəlinlə bağlı yayılmış xəbər ictimayəti bir-birinə vurdu
Təəccübə səbəb olan məqam gəlinin qaçması yox, bacısının gəlin kürsüsündə onu əvəzləməsi idi. Verilən məlumatlara görə, hadisə Oğuzun Muxas kəndində baş vermişdi.PİA.AZ anspress-ə istinadən məlumatına görə, bəyin qardaşları deyilənlərin həqiqətə uyğun olmadığını bildirdilər. Məhz bu səbəbdən də müsahibə verməkdən imtina etdilər.Belə olan təqdirdə kənd sakinlərindən hadisə haqqında məlumat almaq istədik. Onlar məsələdən xəbərsiz olduqlarını dedilər.Oğuz Rayon İcra Hakimiyyətinə də müraciət etdik. Ordan isə bildirilib ki, bu, məsələ icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində deyil. Bu, ailənin şəxsi işidir.