ABŞ-da bir avtomobil Apple mağazasına çırpılıb

ABŞ-ın Massaçusets ştatında avtomobilin Apple mağazasına çırpılması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb...

PİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının Boston şəhərində avtomobil Apple mağazasına çırpılıb. Bostondan təxminən 20 kilometr cənubda yerləşən Hinqam şəhərində yerli vaxtla səhər saat 10:45 radələrində baş verən qəzada 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Hinqamdakı yerli ticarət mərkəzində yerləşən Apple mağazasının qarşısı hadisədən sonra təcili yardım qrupları tərəfindən mühasirəyə alınıb.

Polis rəisi Deyv Cons verdiyi açıqlamada: “Tünd rəngli bir SUV avtomobili qeyri-müəyyən sürətlə şüşə pəncərədən keçərək bir neçə nəfəri vurub”, dedi və qəzanın səbəbinin araşdırıldığını bildirdi.

Qəza zamanı mağazada neçə nəfərin olması və sürücünün vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

pia.az