Brenda Şaffer: “Zəngəzur dəhlizi Çindən Qara dənizədək yeni imkanlar açacaq”

“Zəngəzur dəhlizinin açılması Çindən Qara dənizədək yeni geosiyasi imkanların inkişafına töhfə verəcək”...

"Report" xəbər verir ki, bunu “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycan öz ərazilərini işğaldan azad edib və hazırda burada fəal şəkildə yenidənqurma işləri aparılır. Biz burada işlərin necə aparıldığını, nə qədər texnikanın çalışdığını gözlərimizlə görürük".

Onun sözlərinə görə, yaxın vaxtlarda bu ərazilərə dəmir yolu və digər kommunikasiyalar çəkiləcək ki, bu da həmin ərazilərin regionun ümumi nəqliyyat şəbəkəsinə inteqrasiyasına, Xudafərinin və Zəngilan rayonunun ətrafındakı bazarlarda ticarətin canlanmasına xidmət edəcək.

pia.az