Rusiya Ukraynanı işğal etməsi üçün 4 dəfə plan hazırlayıb…

Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı Ukraynaya hərbi təcavüz üçün 4 dəfə plan hazırlayıb…

PİA.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin sabiq birinci müavini Dmitri Neskoromnı “Ukraynada müharibəsi.Çıxarılan dərslər.” adlı məqləsində yazıb.

Dmitri Neskoromnı məqləsində yazır ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı Ukraynaya qarşı müharibə aparmaq üçün 4 plan hazırlayıb. Planlardan birincisi Yeltsinin vaxtında, digər üçü isə Putinin hakimiyyət illərində hazırlanıb. Neskoromnı bildirir ki, bu planlar barədə son zamanlara qədər çox az adımın məlumatı olub.

Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Putin hakimiyyətə gəldikdən bir il sonra hazırlanmış planının ikinci variantı 225.000 minlik qoşun qruplarından (ümumi səfərbərliyin mümkün elanı ilə), strateji aviasiyadan və mövcud ehtiyatlardan istifadəni nəzərdə tutub. Plana görə əhəmiyyətli infrastrukturları və hərbi obyektləri məhv etmək üçün Ukraynanın hər yerinə dəqiq raket zərbələrinin endirilməsi planın əsas tərkib hissəsi olub. Bu planda rus qoşunlarının itkiləri 25-30 min arasında qiymətləndirilib.

Plan Krım və Donbas istiqamətindən koordinasiyalı hücumları, Mariupol, Odessanı ələ keçirməyi və Dnestryanıya Qara dəniz xətti boyunca quru dəhlizinin yaradılmasını nəzərdə tutub. Planın icra müddəti isə 45 gün olub.

Digər iki plan isə ikinci planın təkmilləşdirilmiş versiyaları olub.

Dmitri Neskoromnı qeyd edib ki, əvvəlki planlarda diqqət çəkən iki məqam var.

Birincisi, ruslar Kiyevi almağı nəzərdə tutmayıblar;

İkincisi, Putin Ukrayana hücum üçün Belarus ərazisindən istifadə etməyi planlamayıb.

pia.az