Nazarbayev Məsimov haqqında: “İsa peyğəmbər də Yəhudanın satqın olduğnu bilmirdi”

Bu gün Qazaxıstanda keçirilən prezident seçkilərində ölkənin ilk prezidenti Nursultan Nazarbayev səs verib…
Qazaxıstanın sabiq prezidenti: ”Biz Allah deyilik, ona görə də məhkəmənin sonunu gözləyərsək, nəticəni də öyrənəcyik”.

PİA.az xəbər verir ki, səsvermə məntəqəsində səs verdikdən sonra jurnalistlər Qazaxıstanın sabiq prezidenti jurnalistlərin sualalrını cavablandırıb. Sabiq prezidentə ünvanlanan sualalrdan biri də hazırda üzərində məhkəmə prosesi aparılan, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovla bağlı olub.

Nazarbayev suala cavab olaraq bildirib ki, Məsimovla bağlı məhkəmənin nə qərar verəcəyi onun üçün də maraqlıdır:

“Mən də məhkəmə araştırmasının bitməsini maraqla gözlyirəm. Məsimov uzun illər boyu mənimlə birlikdə çalışıb. Ancaq onun satqın olduğunu hardan bilə bilərdim? İsa peyğəmbər də uzun illə Yəhudanı dizinin böyründə otuzdurtmuşdu. Məgər onun satqın olduğunu bilirdi? Biz Allah deyilik, ona görə də məhkəmənin sonunu gözləyərsək, nəticəni də öyrənəcyik”, deyə Nazarbayev jurnalistin sualına cavab olaraq bildirib.

Qeyd edə ki, , Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov bu ilin yanvar ayında Qazaxıstanda baş verən iğtişaşların təşkilatçılığında ittiham olunur və hazırda onun məhkəməsi gedir.

Nazarbayev yanvar iğtişaşlarının təşkilatçılarından biri olaraq həbs edilən qardaşı oğlu Kayrat Satıbaldıulının da həbsini və istintiaq araşırmasını da şərh edib:

“Hesab edirəm ki, məhkəmənin qərarı ədalətli olacaq. Əgər bir insan məhkəmənin qərarını ədaltli hesab etmirsə, bu zaman qərardan şikayət verir”, deyə Qazaxıstanın ilk prezidenti vurğulayıb.

pia.az