Terrorçulara ağır zərbə - Rusiya tərəfindən qapadılan Suriyanın hava səhəsi Türkiyə üçün açılıb

Rusiyanın bağladığı Suriya hava məkanı uzun illərdən sonra ilk dəfə Türkiyə hərbi təyyarələrinin üzünə açılıb...

PİA.az xəbər verir ki, belə bir məlumatla Türkiyənin NTV televiziya kanalı yayıb.

Kanalın verdiyi məlumata görə Rusiyanın nəzarətində olan Suriya hava məkanında uzun illərdən sonra Türkiyə hərbi təyyarələrinin uçuşuna icazə verilib.

Türkiyənin Şimali İraq və Suriya bölgələrində həyata keçirdiyi hava əməliyyatı “Pəncə-Qılınc” adlandırılıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələri bildirib ki, PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı Suriyada dörd, İraqda isə bir bölgəyə hava zərbələri endirilib.

“Pəncə-Qılınc” hava əməliyyatı Şimali İraq və Suriyada PKK/YPG terrorçularının Türkiyəyə qarşı hücumları üçün baza kimi istifadə edilən bölgələrdə həyata keçirilir.

Qeyd edilir ki, “Pəncə-Qılınc” hava əməliyyatı BMT Müqaviləsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq terrorizmi mənbəyində məhv etmək məqsədi ilə həyata keçirilir.

pia.az