SEPAH Bərzanini hədələdi: İran Şimali İraqda ərbi əməliyyatlar başlaya bilər

SEPAH generalı Bağdad hökumətindən İraq Kürdüstanı ilə İran sərhədində iraqlı əsgərlərin yerləşdirilməsini tələb edib...

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds" qüvvələrinin komandanı İsmail Qaani Bağdada səfəri zamanı İraqın şimalında yerləşən kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlar keçiriləcəyi barədə xəbərdarlıq edib.

PİA.az xəbər verir ki, bu barədə The Associated Press Agentliyi yayıb.

İsmail Qaani bildirib ki, İraq hökuməti bu ölkənin şimalındakı Kürdüstan muxtar bölgəsində yerləşən kürd silahlı təşkilatlarını tərksilah etməsə, SEPAH-ın quru qoşunları hərbi əməliyyatlara başlaya bilər.

İraqın prezidenti, baş naziri və şiə qruplarının rəhbərləri ilə görüşən SEPAH generalı Bağdad hökumətindən İraq Kürdüstanı ilə İran sərhədində iraqlı əsgərlərin yerləşdirilməsini tələb edib.

"The Associated Press" xəbər agentliyi İraq və Kürdüstan bölgəsinin bir neçə rəsmisinə istinadən İsmail Qaaninin bu təhdidinin nə dərəcədə ciddi olub-olmadığının bəlli olmadığını, ancaq Qaaninin təhdidinin İraqı çətin vəziyyətə saldığını yazıb.

Bağdad rəsmiləri SEPAH komandanının iddialarını sübut edə biləcək heç bir dəlilin olmadığını bildiriblər.

Qeyd edək ki, Bağdad hökuməti İraq Kürdüstanı ilə İran sərhədində iraqlı əsgərlərin yerləşdirərsə, Məsud Bərzaninin liderliyində olan Şimali İraq Kürdüstan Muxtariyyəti ilə ciddi problemlər yaşaya bilər. Bu onsuz da yenicə kövrək siyasi balans yaradılan İraqda etnik və dini qarşıdurmanı yenidən alovlandıra bilər.

pia.az