“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

Araşdırma aparılır...

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

pia.az