DTX Göyçayda miyarder Fərhad Əhmədovun obyektində əməliyyat həyata keçirir?

Rusiyalı milyarderin Göyçaydakı müəssisələrində axtarış aparılması haqha məlumat yayılıb...

Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

PİA.az xəbər verir ki, bu barədə Azfront teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, F. Əhmədovun əsas sərvəti Göyçaydakı “Aznar” şirə zavodudur. O rusiya vətəndaşıdır və bütün sərvətini Rusiyada neft sektprunda qazanıb. 2004-2010-cu illərdə Əhmədov Rusiya Federasiyası Federasiya Şurasının üzvü - senator olub.

2022-ci il üçün Rusiyanın Forbes siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

 Rusiya Ukraynaya hücum etdikdən sonra 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya Fərhad Məmmədova qarşı sanksiyalar tətbiq edib.

pia.az