Çavuşoğlu: İstanbulda terror aktını törədənlərin hamısı cavab verəcək

İstanbulun İstiqlal küçəsində terror aktını törədənlərin hamısı cavab verəcək...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu terror aktının baş verdiyi yeri ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu terror aktı ilə bağlı istintaq davam edərkən Türkiyə terrola mübarizəni də davam etdirəcək: “Bizim hərbi əməliyyatlarımız heç bir zaman bitməyəcək. İstər Suriyada, istərsə də İraqda olsun, PKK, YPG, İŞİD-ə qarşı əməliyyatlarımız davam edir”.

pia.az