Müdafiə naziri Rumıniyada rəsmi səfərdədir

Müdafiə nazirləri Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar
Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.PİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub.Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.