İlon Maska qarşı Twitter binasının divarına təhqirlər yazıldı

İlon Maska qarşı Twitter binasına “çarəsiz körpə, böyük parazit, aciz bədbəxt, diktator yaltağı, qanunsuz oliqarx” kimi təhqirlər yazılıb...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  dünyanın ən varlı insanlarından biri olan İlon Maskın Twitter-i satın alması ilə birlikdə, işdən çıxarmalar da əks-səda doğurmağa davam edərkən, şirkətin San-Fransiskodakı baş ofisinin divarlarında Maskın ünvanına təhqir dolu sözlər yazılıb.

Binanın üzərində “çarəsiz körpə, böyük parazit, diktator yaltağı, qanunsuz oliqarx, etibarsız müstəmləkəçi, qəddar, zəif oğlan uşağı, əclaf irqçi, meqaloman” kimi ifadələr yer alıb.

pia.az