“Amerika dostlarını həmişə tərk edib” – Dmitri Medvedyev

Rusiyanın sabiq prezidenti hesab edir ki, ABŞ Konqresi gec-tez Kiyevə olan dəstəyini dayandıracaq…

“Sadə amerikalıların Ukraynaya qarşı olan əhval-ruhiyyəsi tədricən reallığa çevriləcək”.

PİA.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bunu özünün Teleqram kanalında yazıb.

Medvedyev qeyd edib ki, ABŞ əvvəl axır millətçi ideologiyadan çıxış edən Ukraynaya dəstəyini dayandıracaq:

“Millətçi Ukrayna rejiminə pul vermək ABŞ-da zəhərli mövzuya çevrilir. Konqresmenlər artıq bu total pulların hara getdiyini tam yoxlamağı tələb edirlər. Onlar Ukraynanın vitse-prezidenti adlandırdıqlrı qocadan sual edirlər ki, Ukraynaya ayrılan on milyardlar hara gedir?”, deyə rusiyalı siyasətçi vurğulayıb.

Siyasətçi Ukraynaya verilən hərbi dəstəyin də dayandırılacağından əminliyini ifadə edib:

“Amerika həmişə dostlarını tərk edib. Bu dəfə də gec-tez belə olacaq”, deyə o, qeyd edib.

pia.az