Ərdoğan və Netanyahu “yeni dönəm”lə bağlı anlaşıb

Netanyahu və Ərdoğan iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması da daxil olmaqla, Türkiyə ilə İsrail arasında “yeni eranın başlatmaq üçün birlikdə işləmək” barədə razılığa gəliblər…

İsraildə son seçkilərdə qalib gələrək hökuməti qurmaq üçün mandat qazanan Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, İsrail lideri cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təxminən 12 dəqiqə davam edən telefonla danışıb.

PİA.az xəbər verir ki, bu iki lider arasında 9 ildən sonra baş tutan ilk telefon danışığıdır. Qeyd edək ki, İki lider sonuncu dəfə 2010-cu ildə İsrailin Qəzzədə “Mavi Mərmərə” gəmisinə hücumundan sonra telefonla müzakirə aparıblar. 2013-cü ildə isə Netanyahu Ərdoğana zəng edərək 9 Türkiyə vətəndaşının ölümü ilə nəticələnən “Mavi Mərmərə” hücumuna görə üzr istəyib.

Netanyahunun ofisindən verilən açıqlamada, “Ərdoğan və Netanyahu iki ölkə arasında münasibətlərin yeni dövrünün qurulması üçün əməkdaşlığa hazır olduqları” bildirilib.

Ərdoğan Netanyahunun seçkilərdəki qələbəsini bir daha təbrik edib və bir neçə gün əvvəl İordan çayının qərb sahilinin şimalında Ariel qəsəbəsi yaxınlığında bir fələstinlinin 3 nəfərin ölümünə səbəb olan hücumunda israillilərin itkisinə görə başsağlığı verib.

Netanyahu isə öz növbəsində bir neçə gün əvvəl İstanbulda baş verən partlayışa görə Türkiyəyə başsağlığı verib. Bombalı hücumda azı 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Xatırladaq ki, Ərdoğan daha əvvəl Netanyahunu noyabrın 1-də İsraildə keçirilən seçkilərdəki qələbəsi münasibətilə təbrik etmiş və “Yeni hökumətin ölkələr arasında hər sahədə əməkdaşlığı regionumuza sülh və sabitlik gətirəcək şəkildə davam etdirəcəyinə inanıram”, ifadələrindən istifadə etmişdi.

Netanyahu və Ərdoğan iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması da daxil olmaqla, Türkiyə ilə İsrail arasında “yeni eranın başlatmaq üçün birlikdə işləmək” barədə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər prezident Rəcəb Tayyib Ərdoğanın Netanyahunun rəhbərlik etdiyi hökumətlərin fələstinlilərə qarşı siyasətini tənqid etməsindən sonra gərginləşib. Ankara 2018-ci ilin mayında İsraildəki səfirini geri çağırıb və eyni zamanda İsrail səfirini də Türkiyədən çıxarıb. İsrail isə Türkiyə konsulunu geri qaytarmaqla Türkiyəyə cavab verib.

Bu ilin avqustun 17-də hər iki tərəfin diplomatik əlaqələrini yenidən bərpa etməklə bağlı qərar verib və artıq Türkiyə və İsrailqarşılıqlı olaraq səfir təyin ediblər.

Mənbə: “Şarkul Avsat”

pia.az