Bakıda mənzilə qumbara və qərənfil qoyan gənc oğlan saxlanılıb

Araşdırmalar davam etdirilir...

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Bu barədə PİA.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub. 

Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. 

Araşdırmalar davam etdirilir.

pia.az