Rusiyada internet problemləri yaranıb – Ehtiyat avadanlıq problemi…

Rusiyada mobil internet üçün tezlik çatışmazlığı var…

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiyada mobil internet şəbəklərində LTE diapazonu ilə bağlı problemlər yaranıb və internetin sürəti aşağı düşüb. Bildirilir ki, sanksiyalarla bağlı şəbəkə avadanlıqlarının Rusiya çatdırılmasının dayandırılması səbəbindən internetin sürəti aşağı düşməkdə davam edəcək.

Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verən ekspertlər və operatorlar belə bir risk barədə xəbərdarlıq ediblər. Ekspertlər bildirib ki, dördüncü nəsil şəbəkələr üçün ayrılan tezliklərin əksəriyyəti digər istifadəçilərin məhdudiyyətləri səbəbindən tam istifadə oluna bilinmir.

Biznes nümayəndələri qeyd ediblər ki, Rusiyada mobil internetin sürətinin azalması artıq başlayıb. Onların bildirdiyinə görə 2021-ci ilin noyabrından 2022-ci ilin mart ayının ortalarına qədər tezliklər 21,7 Mbit/s-dən təxminən 21 Mbit/s-ə qədər azalıb. Analitiklər hesab edirlər ki, bu ilin sonuna mart ayı ilə müqayisədə orta sürət təxminən 1 Mbit/s də azala bilər.

Rusiyanın TelecomDaily-in baş direktoru Denis Kuskov isə bildirib ki, indiyə qədər operatorlar tərəfindən əldə edilən avadanlıq ehtiyatları kəskin azalmanın qarşısını ala bilər. Lakin tezliklərin çatışmazlığı, mobil internet istehlakının artması ilə birlikdə, internetin sürətinin azalmasına gətirib çıxarır.

pia.az