“Brent” neftinin qiyməti 90 dollara düşüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 2,74% azalaraq, 1 barelə görə 90,32 dollar təşkil edib. 

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,8% azalaraq, 82,34 dollara bərabər olub. 

pia.az