İranda höküməti yenidən etirazçılara atəş açıb: Ən azı 15 nəfər öldürülüb...

İran təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açmasl nəticəsində doqquz yaşlı uşaq da daxil olmaqla 15 nəfər həlak olub...

PİA.az The Guardian-a istinadən xəbər verir ki, İran mediyasında öldürülənlərə görə hökumət əleyhinə olan terrorçularının məsuliyyət daşıdığını bildirsələr də, şahidlər silahsız mülki əhalinin hökümət qüvvələri tərəfindən güllələndiyini bildirib.

Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərin hökumət əleyhinə şüarlar səsləndirməsi ilə bağlı yayılan videolarda həmçinin mağazaların da bağlı olduğu görünür.

Qeyd edək ki, İnsan Hüquqları Agentliyi olan "Harana"ya görə, son etirazlar zamanı ölənlərin ümumi sayının 348-ə çatdığı bildirilir.

pia.az