Eduard Məmmədov ikiqat Avropa çempionu olub      

Bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi...

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

63 kq çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular ikinci dəfə qitə çempionu olub.

Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.

pia.az