Adnan Oktarla bağlı məhkəmədən yeni qərar

Cinsi istismar, uşaq qaçırma, şantaj və təhdid kimi ittihamlarla həbs olunan Adnan Oktar haqqında məhkəmə yeni qərar qəbul edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Region Ədalət Məhkəməsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının Adnan Oktarla bağlı qərarından sonra onun işinə yenidən baxılıb.

Məhkəmə Adnan Oktarı şəxsi cinayətlərinə görə 891 il həbs cəzasına məhkum edib. Təşkilat lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyan Adnan Oktar haqqında verilən qərar hökm bütünlüklə oxunduqdan sonra dəqiqləşəcək.

Qərarın oxunuşu hələ də davam edir.

pia.az