“Bu Azərbaycan diplomatiyasının və diaspor siyasətinin tam bir fiaskosudur” - Fransa Senatının qərarına politoloqdan reaksiya

Dünən Fransa Senatı hökümətə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa çağıran tövsiyyə xarakterli qətnamə qəbul edib...

Politoloq: “Fransanın bu addımı təmas xəttində vəziyyətin gərginləşdirilməsinə və bölgədə gedən sülh prosesinin qarşısını almaqa xidmət edir. Buhəmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin separatizmi qanunverici orqan səviyyəsində dəstəkləməsidir”.

“Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın belə bir qətnamə ilə çıxış etməsi tam bir rəzalətdir”.

Bu sözləri politoloq Kamran Məmmədli Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Fransa Senatı hökümətə ölkəmizə qarşı sanksiyalat tətbiq etməklə yanaşı, hətta qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa çağıran tövsiyyə xarakterli qətnamə qəbul edib. Bu qədər anti-Azərbaycan mövqeyi, bu dərəcədə erməni separatizminə açıq dəstək, bu dərəcədə açıq-aşkar beynəlxalq normalara tüpürmək bir daha onu göstərir ki, Fransa birmənalı olaraq Azərbaycanla əlaqələri tam qırmaq xətti götürüb.

Bəs Azərbaycan Fransa ilə bağlı münasibətlərə yenidən baxmalıdırmı?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hamsının bir şablon cavabı var ki, bəs bütün bunlar erməni lobbisinin işidir. Əgər erməni lobbisinin işidirsə, bəs sizin işiniz nədir?”.

Fransanın bu qərəzli addımından sonra Azərbaycan dövlətinin Fransa ilə münasibətləri yenidən gözdən keçirməli olduğunu vurğulayan politoloq PİA.az-a açıqlmasında qeyd edib ki, rəsmi Bakı Parisə kəskin etirazını bildirməlidir, hətta diplomatik münasibətləri aşağı salmalıdır:

“Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın belə bir qətnamə ilə çıxış etməsi tam bir rəzalətdir. Fransa bu qətnamə ilə bir daha açıq aşkar neytral olmadığını, beynəlxalq normaları heçə saydığını açıq aşkar bütün dünyaya nümayiş etdirmiş oldu. Qətnamədə ölkəmizə qarşı sanksiyalarla bərabər, hətta qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanınmasına aid müddəalarda yer alıb .

Düşünürəm ki, Fransanın bu addımı təmas xəttində vəziyyətin gərginləşdirilməsinə və bölgədə gedən sülh prosesinin qarşısını almaqa xidmət edir. Buhəmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin separatizmi qanunverici orqan səviyyəsində dəstəkləməsidir. Fransanın bu qərəzli addımından sonra Azərbaycan dövləti Fransa ilə münasibətləri yenidən gözdən keçirməli və buna kəskin etirazını bildirməlidir. Mən hətta düşünürəm ki, diplomatik münasibətlərin səviyyəsi aşağı endirilməlidir.

Ancaq burada diqqət ediləsi digər bir məqam isə senatdakı səsvermədə iştirak edən 296 üzvdən 295 nəfərin ölkəmiz əleyhinə qəbul edilən sənəddə bizə qarşı çıxış etməsidir. Bu o anlama gəlir ki, uzun illər iki ölkə arasında aparılan işlər, yatırılan investisiyalar nəticəsində Fransada cəmi bir dost senator qazanmışıq.

Kamran Məmmədli: “Fransanın bu addımı təmas xəttində vəziyyətin gərginləşdirilməsinə və bölgədə gedən sülh prosesinin qarşısını almaqa xidmət edir”.

Bu Azərbaycan diplomatiyasının və diaspor siyasətinin tam bir fiaskosudur. Necə ola bilər ki, 295 deputat anti-Azərbaycan qətnaməsinə səs verir, cəmi bir nəfər əleyhinə olur? Fransa səfirliyimiz, bizim Milli Məclisdəki Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatları Doaspora Komitəsi və digər aidiyyatı təşkilatlar nə işlə məşğuldur? Senatda heç olmasa 5-10 nəfərlədə olsa, əlaqə yarada bilməyən, isti münasibətlər qura bilməyən bu qurumlar onda nə işə yarayır? Dövlətimiz tərəfindən bu qurumlara ayrılan büdcə, yatırılan investisiyalar hara gedir?

Hamsının bir şablon cavabı var ki ,bəs bütün bunlar erməni lobbisinin işidir. Əgər erməni lobbisinin işidirsə, bəs sizin işiniz nədir? Sizində işiniz Ermənistan lobbisinə qarşı fəaliyyət göstərib dövlətimizin maraqlarımı təmin etməkdir ki,çox təəsüf ki, diplomatlarımızın fəaliyyəti erməni lobbisinin qarşısında hələlik 295-in 1-ə dir!

Fikrimcə, Azərbaycan dövləti Fransa hökümətini qınamaqla yanaşı, daxildəki bu problemlər haqdada ciddi düşünməlidir. Azərbaycan diplomatiyasının uğuru yalnız ölkəmizin maraqlarını hər şeydən üstün tutan milli şəxslərin fəaliyyəti ilə ola bilər! Ümüd edirik ki, Azərbaycan höküməti bütün bunlardan nəticə çıxararaq bu problemləridə gələcəkdə aradan qaldıracaq”.

Nərminə UMUDLU pia.az