Evlənəcəyi gözlənilən türkiyəli aktrisa nişanı atdı

“Çukur”, “Güneşin Kızları”, “Bodrum Masalı” kimi seriallarda rol alan 27 yaşlı Dilan Çiçək Dənizin nişanlısı Tordan ayrıldığı iddia edilir...

PİA.az xəbər verir ki, məşhur aktrisa Dilan Çiçək Dəniz və Torun evlənəcəyi gözlənilirdi. Lakin məşhur cütlüyün ayrılığı hər kəsi təəccübləndirib.

Məşhurlar arasında sosial mediada ən çox diqqət mərkəzində olan Dilan Çiçek Denizin ayrılıq səbəbinin qısqanclıq olduğu deyilir. O, Thorun qısqanclığına dözə bilməyib və nişanı atıb.

Torun qısqanclığına səbəb isə məşhur aktrisanın oynadığı serialdakı cəsarətli səhnələr olduğu iddia edilir.

pia.az