Çexiya parlamenti Rusiya hakimiyyətini “terror rejimi” elan etdi

Çexiya Deputatlar Palatası (parlamentin aşağı palatası) “hazırkı Rusiya rejimini” “terrorçu” elan edən qətnamə qəbul edib…

PİA.az xəbər verir ki, sənədin mətni parlamentin saytında dərc olunub.

Qətnamədə deputatlar Moskvanın hərəkətlərini, xüsusən də Ukraynanın enerji infrastrukturuna hücumlarını pisləyib və oktyabrın əvvəlində Donbass, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların nəticələrini tanımaqdan imtina ediblər.

Sənədi parlamentin iclasında iştirak edən 156 deputatdan 129-u dəstəkləyib, avroskeptik sağçı Azadlıq və Birbaşa Demokratiya (SPD) partiyasının 14 nümayəndəsi sınıdin əleyhinə səs verib.

Qeyd edək ki, Çexiya Deputatlar Palatasının 200 üzvü var.

Xatırladaq ki, qxşar qətnamələri əvvəllər Litva, Estoniya və Polşa da qəbul etmişdi. Bundan əlavə, oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Rusiya rejimini “terrorçu” elan edən qətnaməni təsdiqləyib.

pia.az