“Bu, tamamilə gülüncdür” – Putin Xersonu niyə tərk edib?..

Rusiyalı müxalifətçi Mark Feyqin Putinin Xersonu tərk etmək qərarına necə gəldiyini izah edib…

PİA.az xəbər verir ki, Mark Feyqin rus qoşunlarının Xersondan çıxarılması ilə verilən qərarı Putinin gülünç qərarı olaraq dəyərləndirib.

Rusiyalı müxalifətinin tanınmış simalarından biri, hüquq müdafiəçisi Mark Feyqin bildirib ki, Rusiya işğalçı qoşunlarının Xerson və Xerson vilayətindən çıxarılması barədə qərar şəxsən Vladimir Putin tərəfindən verilib:

“Əlbəttə ki, bu qərarı ancaq Putin qəbul edə bilərdi. Hətta bu qərarın həyata keçirilmə üsulundan belə aydın idi ki, Xersonu tərk etməyi Putin şəxsən əmr edib. Mən qeyd edim ki, Surovikin Xersonu tərk etməyə heç də isti yanaşmırdı. Amma o deyirdi ki, “Xersonla bağlı heç də sadə olmayan” qərar qəbul edilə bilər.Görünür ki, Xersondan ordunun çıxarılması ilə bağlı müzakirələr uzun zamandır aparılırmış”, deyə Feyqin vurğulayıb.

pia.az