Rusiya raketləri Ukrayna sərhədindəki silah anbarının 5 km-liyinə düşüb...

Dünən Rusiya tərəfindən atıldığı iddia edilən iki raketlərin hədəfi Ukrayna sərhədi yaxınlığıdakı silah anbarı ola bilərdi...

PİA.az xəbər verir ki, New York Times-in yaydığı məlumatda bildirilir ki, raketlər Polşa-Ukrayna sərhədondəki silah anbarının yaxınlığına düşüb. Həmin anbardakı silahlar isə Ukrayna üçün Qərb ölkələri tərəfindən göndərilir. Raketlərin hədəfinin də məhz bu anbarların olduğu istisna edilmir.

Qeyd edək ki, dünən Rusiyadan atıldığı ehtimal edilən iki raket Polşa ərazisinə düşüb. Nəticədə iki Polşa vətəndaşı həyatını itirib.

İnsident NATO-ya təcavüz kimi də dəyərləndirilə bilər. Rusiya Müdafiə Nazirliyi isə raketlərin onlar tərəfindən atılmasını rədd ediblər.

pia.az