Putin Ukraynanın bu şəhərlərinə titul verdi

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilən bəzi şəhərləri ilə bağlı fərman imzalayıb.

Bakupost.az Rusiya mətbuatına istinadən bildirir ki, fərmanla Melitopol və Mariupol şəhərlərinə “Hərbi Şöhrət Şəhəri”, Luqansk və Horlivka isə “İgidlik Şəhəri” titulları verib.

Fərmana əsasən, həmçinin Rusiyanın Həştərxan, Voloqda, Zlatoust, Kaspiysk, Norilsk, Orsk və Yakutsk şəhərlərinə də “Hərbi Şöhrət Şəhəri” titulları verilib.

pia.az