Sabiq baş prokuror İxtiyar Şirinov vəfat etdi - Foto

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub...

Azərbaycan Respublikasının keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib. Bu barədə onun qohumları məlumat yayıblar. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

pia.az