Cəlilabadda kişi birgə yaşadığı qadını baltaladı

Faktla bağlı cinayət işi başlayıb...

Cəlilabad sakini birgə yaşadığı qadını baltalayıb.

APA xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.

Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda yaşadığı 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.

pia.az