“Dövlət vətəndaşları Sosial Müdafiə Fondunun şəxsində bir neçə dəfə aldadır və kələk gəlir” - Ekspert

Özəl pensiya fondunun olmasını kimlər və niyə əngəlləyir?

“Qurum son illərə qədər pensiya kapitalını özü yığırdı və böyük maliyyə mexanizmləri vasitəsilə bu vəsaitlər mənimsənilirdi. Yəni ödənilən pensiya kapitalları başqalarının adlarına yazılırdı”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli Azərbaycanda özəl özəl pensiya fondlarının yaradılmasına olan maneələri PİA.az-a şərh edərkən qeyd edib.

Deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında ölkədə özəl pensiya fondununun olmamasından şikayətlənib. Deputat: “Ölkə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil”, deyə vurğulayıb.

Bəs Azərbaycanda özəl pensiya fondunun olmasını kimlər və niyə əngəlləyir? Həmçinin özəl pensiya fondunun dövlət pensiya fondundan fərqli olaraq hansı özəllikləri və fərqləri ola bilər?

Pensiya fondlarını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Özü-özünü maliyyələşdirməli olan Dövlət Sosial Müdafiə Fondu özəl pensiya fondununun yaradılmasında maraqlı deyil”.

Bizim öz maaşımızdan yığılan kapital kecikəndə vətəndaşa vergi kimi cərimələrin tətbiq olunduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, vətəndaşların vəsaiti illərlə Fondda qalmasına baxmayaraq, buna görə vətəndaşlar dividendlər almır. Ümumiyyətlə isə Pensiya Fondu ölkə vətəndaşalın ödədikləri vəsaitin görə cəmi 1-2 faiz kompensasiya edir və geri qaytarır:

“Hələ 2006-cı ildə “Pensiya haqqında” qanun qüvvəyə minib. Bu qanunda nəzərdə tutulmuşdu ki, 2016-ci ilə qədər özəl pensiya fondları yaradılsın, fəlaiyyət göstərsin. Görünən odur ki, Dövlət Sosial Fondunun keçmiş rəhbərliyi də ölkədə özəl pensiya fondunun yaradılmasını istəməyib. Bildiyimiz kimi Səlim Müslümov həbs edildi. Onlar hər şeyi bir əldə cəmləşdirmək istəyirdilər. İndiki nazir Sahil Babayev də onun yolu ilə gedir. 4 ildir nazir olan Sahil Babayev bu günə qədər özəl pensiya fondlarının yaraılması ilə bağlı bir addım da atmayıb. İstər Müslümov, istərsə də Babayev özəl pensiya fondlarının dövlət pensiya fonduna rəqib ola biləcəyindən qorxururlar. Ümumiyyətlə, dövlət məmurları özəl sektorun inkişafında da maraqlı deyillər.

Əslində, Dövlət Sosial Fondu tək orqandır. Qrum son illərə qədər pensiya kapitalını özü yığırdı və böyük maliyyə mexanizmləri vasitəsilə bu vəsaitlər mənimsənilirdi. Yəni ödənilən pensiya kapitalları başqalarının adlarına yazılırdı. Bu kimj hallar çox idi və cinayət məsələsində də bu işlər üzə çıxdı.

Özü-özünü maliyyələşdirməli olan Dövlət Sosial Müdafiə Fondu özəl pensiya fondununun yaradılmasında maraqlı deyil. Bu qurum tək monopoliya yaratmaq və işçilərə başqa çıxış imkanları tanımayan bir vəziyyətə gəlib. Təsəvvür edin ki, əgər vətəndaş vaxtı-vaxtında pensiya kapitalını ödəmirsə, buna görə vətəndaşa qarşı çox ciddi sanksiyalara tətbiq edirlər. Amma vətəndaşların kapitalını orada heç vaxt normal idarə etmirlər və ümumiyyətlə, isə inasanların pullarını özlərində illərlə saxlayib heç bir kompensasiya vermirlər.

Nazim Bəydəmirli: “Bizim verdiyimiz kapitallar özəl pensiya fondunda olmuş olsaydı, onlar onu daha yaxşı işlədər və vətəndaşların pensiya yığımında da artımlar yaranardı”.

Beləliklə də, bizim öz maaşımızdan yığılan kapital gecikəndə bizə cərimələr tətbiq olunur. Amma vətəndaşların vəsaiti illərlə Fondda qalmasına baxmayaraq, buna görə vətəndaşlar dividendlər almır. Ümumiyyətlə isə Pensiya Fondu ölkə vətəndaşalın ödədikləri vəsaitin görə cəmi 1-2 faiz kompensasiya edir və ya geri qaytarır. Yəni dövlət vətəndaşları Sosial Müdafiə Fondu şəxsində bir neçə dəfə aldadır və kələk gəlir. Amma bizim verdiyimiz kapitallar özəl pensiya fondunda olmuş olsaydı, onlar onu daha yaxşı işlədər və vətəndaşların pensiya yığımında da artımlar yaranardı. Onlar daha məsuliyyətli və effektli davrana bilərdilər, daha çox gəlir əldə edə bilərdilər. Bu bütün dünyada da mövcuddur. Dünyanın əsas sosial dövlətləri də məhz Pensiya fondlarından səmərəli istifadə etmək yolu ilə inkişaf edirlər.

Düzdür, son vaxtlar Dövlət Sosial Müdafiə Fondunun vəsait yığmaq funksiyası Vergilər Xidmətinə verilib. Ancaq bu iş də yarımçıqdır. Çünki Dövlət Vergi Xidməti bunu vergi ilə eyniləşdirir və cərimə sanksiyaları daha yüksək olur, nəinki bu vəsaitin kompensasiya tərəfi. Yəni cəriməni dövlət götürür, amma kompensasiyanı guya Dövlət Sosial Fondu edir, deyə çox aşağı kompensasiya ödəyirlər. Hər yerdə olduğu kimi burada da dövlət monopoliyası var. Bu da doğru hal deyil”.

Nərminə UMUDLU pia.az